Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Əsgər atası oğlunun orqanlarına görə öldürüldüyünü deyir

Əsgər atası Şirazi Əliyev bu gün RATİ-də 2013-cü ildə həqiqi hərbi xidmətdə olan oğlu Orxan Əliyevin müəmmalı şəkildə vəfat etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə əlaqədar mətbuat konfransı keçirib.

Ş.Əliyev oğlunun orqanlarına görə qətlə yetirildiyini iddia edib: “Orxan 2013-cü il, dekabrın 10-dan 11-nə keçən gecə saat 00:30 radələrində öldürülüb. Bundan 10 dəqiqə əvvəl Orxan qardaşı Rövşənlə telefonda danışıb”.

Naftalandakı 157 saylı hərbi hissədə ölən çavuş Orxan Əliyevin atasının sözlərinə görə, oğlu vəfat edəndən bir neçə dəqiqə sonra hərbi hissə komandiri Nəsib Ramazanovun göstərişi ilə morqa aparılıb: “Onun orqanları hərbi hissə komandirinin göstərişi ilə çıxarılıb. Hadisə baş verən zaman əsgərlər tibbi işçilərini çağırsalar da heç bir yardım göstərilməyib. Bizə hadisə baş verən vaxt xəbər verilməyib. Ailə üzvlərindən heç kim olmadan onun orqanları çıxarılıb. Bu isə qanun pozuntusudur. Orxan vəfat edən zaman Hərbi Prokurorluqdan da heç kim çağırılmayıb. Hərbi Prokurorluqdan nümayəndələr gələndə Orxan artıq morqda olub və onun orqanları çıxarılıb”.

Ş.Əliyev oğlunun vəfat etməsində qaranlıq məqamların olduğunu söyləyib: “Orxanın əsgər yoldaşlarının hamısı ilk ifadələrində onun yatdığını deyiblər. Biz sübut edəndə ki Orxan həmin vaxt qardaşı ilə danışıb, bundan sonra əsgərlərin ifadəsi dəyişdirilib. İkinci ifadədə əsgərlər Orxanın həmin zaman yatmadığını, telefonla danışdığını deyiblər. Bu əsgərlər yalan ifadə verdiyinə görə cəzalandırılmayıblar. Oğlum məzuniyyətdən qaytıdıqdan sonra - 2013-cü il, noyabrın 1-də əsgərlərin kütləvi peyvənd edilməsi zamanı peyvənd edilməyib. Onu bilərəkdən peyvənd etməyiblər. Oğlumu orqanlarına görə qətlə yetirəcəklərini bildikləri üçün peyvənd etməyiblər. Çünki orqanları satılacaq şəxsə peyvənd vurulması onun orqanlarının zəifləməsinə səbəb olur. Oğlum digər 32 əsgərdən fərqli olaraq içki içməyən, siqaret çəkməyən uşaq idi”.

Orxanın atası onun əsgər yoldaşları ilə görüşdüyünü, onların məcburən belə bir ifadə verməyə məcbur edildiklərini söyləyib: “Orxanın əsgər yoldaşları mənə dedilər ki, hədə-qorxu gəldikdən sonra biz belə bir ifadə vermişik. Orxan buna layiq deyildi”.

Ş.Əliyev hərbi prokuror Xanlar Vəliyev başda olamaqla bir çox rəsmilərlə görüşdüyünü, rəsmilər tərəfindən cinayət işinin araşdırılacağı ilə bağlı vəd aldığını, lakin heç bir tədbir görülmədiyindən və günahkarların cəzalandırılmamasından narazılığını bildirib.

Orxan Əliyevin ölümü ilə bağlı cinayət işinin başa çatması haqda Tərtər hərbi prokuroru Fuad Məmmədov məlumat verib.
Ş.Əliyev belə bir qərarın çıxarılmasının səbəbini Hərbi Prokurorluqla Müdafiə Nazirliyi arasında olan birgə fəaliyyətdə görür: “Cinayət işinə xitam verildi. Bu da onu sübut edir ki, Hərbi Prokurorluq yalnız Müdafiə Nazirliyinin qayda pozuntularına yol vermiş bir neçə zabitinin cəzalandırılması işinə baxır”.

Əliyevlər ailəsinin mətbuat konfransında iştirak edən digər oğlu Rövşən isə deyib ki, qardaşı öldüyü gün onunla telefonda danışan zaman kiminləsə mühabisə edib: “Biz Orxanla danışarkən o, kiminləsə mübahisə edirdi. Söyüş söyürdülər. Mən Orxandan təmkinli olmasını xahiş etdim, 6 ayının qaldığını dedim. Sonradan onun öldürüldüyü xəbərini eşitdik”.

Ş.Əliyev oğlunun ürək xəstəliyindən vəfat etmədiyini söyləyib: “Əgər oğlum ürək xəstəliyindən ölübsə, onun ürək xəstəliyi varsa, onu niyə əsgər aparırdılar?”.

Əsgər ailəsi Müdafiə Nazirliyinin göstərdiyi laqeyd münasibətdən də narazılıq edib: “Orxan öldükdən sonra cənazəsini evə gətirdilər. Amma sonra bir dəfə də olsun maraqlanmadılar. Onlardan yardım gözləmirdik. Heç Müdafiə Nazirliyindən bizi qəbul edən də olmadı ki, dərdimizi danışaq”.

“Oğlumun öldürüldüyü hərbi hissənin komandiri Nəsib Ramazanov Bərdə korpusuna yeni vəzifəyə göndərilib. O, korpus komandirinin müavini vəzifəsinə təyin edilib. Cinayət işinin davam etdirildiyi bir vaxtda onun yeni yüksək vəzifəyə təyin edilməsi də qanun pozuntusudur”, - deyə Ş.Əliyev bildirib.

1994-cü il, noyabrın 25-də anadan olan Orxan Əliyev 2013-cü ilin yanvar ayında Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılıb./virtualaz/
1761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:24