Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

"Putinin növbəti hədəfi Mərkəzi Asiyadı"

Putin qoşunları niyə geri çəkir?

The Daily Beast nəşrinin yazdığına görə, Rusiya prezidentinin Ukrayna sərhədlərindən qoşunlarını geri çəkməsi təsadüfi deyil. Müəllif bu fikri rusiyalı politoloqların mövqei ilə gücləndirir.

«Putini Rusiya əsgərlərini gözləyən rusyönlü üsyançıları məyus etməyə nə məcbur etdi?», - deyə nəşr sual edir.

Siyasi Texnologiyalar Mərkəzinin direktoru İqor Bunin bildirir ki, ağıllı adamlar Kreml rəhbərini Ukrayna ilə bağlı səhvə yol verdiyinə inandıra bilib: «Luqansk və Donetsk vilayətlərini təmin etmək Rusiya üçün baha başa gələcək. Ən əsası, sanksiyaların üçüncü mərhələsi Rusiya iqtisadiyyatın üçün təhlüə yaratdı».

Lakin müəllifin yazdığına görə, qoşunların geri çəkilməsinin əsas səbəbi hərbçilərin sayı ilə bağlı idi: «Biri var Ukraynaya qoşun yeridəsən, biri də var işğal edilmiş vilayətləri nəzarət altında saxlayasan. Bunun üçün minlərlə blokpost yaratmaq və Ukraynaya əsgərlər göndərmək lazımdır».

Müəllifin yazdığına görə. Döyüşlərin mərkəzi olan Slavyanskda üsyançılar Rusiya ordusunu gözləyirdi.

Politoloq İqor Buninin sözlərinə görə, indi Moskva üsnyaçılara inaşı edir ki, mübarizəni dayandırmaq lazımdır. Bu həftənin sonunda Kreml Kiyevdəki seçkilərin nəticələrini tanıyacaq.

Kremlyönlü ekspert Yuri Krupnov isə hesab edir ki, Rusiyanın zəifliyi və ordunun geri çəkilməsi nəticəsində müharibə başlaya bilərdi. Ancaq o əlavə edib ki, əsas döyüş qabaqdadır. Bu - Mərkəzi Asiya uğrunda döyüşdür./azadlıq/
1821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi