Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Vasif Talıbovdan su istəyən Nehrəm sakini Rusiyadan sığınacaq istədi

Nehrəmdəki su probleminə etiraz olaraq 4 gündür aclıq aksiyası keçirdiyini deyən Vəfadar Eyvazov kəndin Sudan İstifadə Edənlər Birliyini məhkəməyə verib.
Vəfadar Eyvazov deyir ki, Naxçıvanda üzləşdiyi haqsızlıqdan bezdiyinə görə sığınacaq almaq üçün Rusiya səfirliyinə də müraciət edib: “4 gündür aclıq edirəm, bir nəfər gəlib maraqlanmayıb. Neynirəm belə dövlətdə yaşamağı?! Anam rusdur deyə mənə ayrı-seçkilik qoyurlar. Ona görə də Rusiyadan sığınacaq almaq üçün bu ölkənin səfirliyinə teleqram vurmuşam. Orada mənə torpaq da verərlər, su da. Nehrəmdə yetərincə su var. Sadəcə başı çıxmayan adamları gətirib Sudan İstifadə Edənlər Birliyinə qoyublar. Ancaq məmurlara su paylamaqla məşğuldurlar. Bizə də ziyan dəyir. Ona görə də bu birliyi məhkəməyə vermişəm. Məhkəmədən tələb etmişəm ki, mənə dəyən ziyan ödənilsin”.

Babək Rayon Nehrəm Sudan İstifadə Edənlər Birliyinin rəhbəri Cəmşid Həsənov isə Vəfadar Eyvazovun ittihamlarına münasibət bildirmək istəmədi.
Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov isə Vəfadar Eyvazovun aclıq aksiyası keçirdiyindən xəbərsiz olduğunu bildirdi: "Göllərdə su qurtarıb, kənd Araz çayının ümidinə qalıb. Növbə ilə hər kəs suvarır. Narahatçılığa əsas yoxdur. Vəfadar Eyvazovun aclıq aksiyası keçirməsindən xəbərim yoxdur. Gedib maraqlanaram”.
Babək rayon Nehrəm kən sakini Vəfadar Eyvazov buna qədər boynundan Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova ünvanlanmış “Cənab sədr, bizə su verin!” şüarı yazılmış lövhə asmışdı. O, bu yolla Nehrəm kəndindəki su problemini rəhbərliyin diqqətinə çatdırmaq istədiyirdi.
Bunun bir nəticə vermədiyini görən Vəfadar Eyvazov mayın 16-dan aclıq aksiyasına başladığını bildirir./azadliq.org/
1658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14</