Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Elşad İsgəndərovun 4 şirkəti tapıldı

Keçmiş komitə sədrinin nəzarətində olan şirkətlərin nurçularla bağlılığı üzə çıxıb

Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin keçmiş sədri Elşad İsgəndərovla bağlı daha bir maraqlı məlumat yayılıb. Politika.az-ın əldə etdiyi məlumata görə, sabiq sədrin bu yaxınlarda hakimiyyət dairələrindən belə gizlətdiyi 4 şirkət üzə çıxıb.

Mənbənin iddiasına görə, İsgəndərovun himayəsində olan həmin şirkətlərin əməkdaşlıq etdiyi və bağlı olduğu digər subyektlər də araşdırılıb. Və məlum olub ki, keçmiş komitə sədri hakimiyyət dairələrindən gizlətdiyi şirkətlərin əlaqəli olduğu partnyorları əsasən Türkiyədə nurçuların maliyyə qaynaqları hesab olunanlardır.

Hazırkı məqamda bu şirkətlərlə bağlı araşdırmalar aparılır. Eyni zamanda, Elşad İsgəndərovun da bununla bağlı izahatı alınacağı gözlənilir.
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber