Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Tehran nüvə hüququ ilə bağlı prinsipial mövqeyindən geri addım atmayacaq

İran XİN: Tehran nüvə hüququ ilə bağlı prinsipial mövqeyindən geri addım atmayacaq

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinədək olan müddət ərzində qeyri-rəsmi və ekspertlər səviyyəsində görüşlər keçiriləcək.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün Tehranda yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hələlik görüşlərin yeri və tarixi barədə heç bir məlumat yoxdur: “Hər iki tərəf danışıqları davam etdirir, müzakirələr dayandırılmayıb. Hər iki tərəfin bu danışıqların davam etdirilməsindən gözləntisi onun öz nəticəsinə çatmasıdır. Biz dəfələrlə Qərbin öz əsassız tələblərində israr etdiyini və keçmiş səhvlərini aradan qaldırmadığını bəyan etmişik”.

M.Əfxəm deyib ki, İran nüvə hüququ ilə bağlı prinsipial mövqeyindən geri addım atmayacaq və “qələbədən qələbəyə” prinsipi ilə danışıqlar aparır: “Sonuncu müzakirələrdə tərəflər çox ciddi olsalar da, ancaq yekun razılaşmanın mətninin yazılmasına nail ola bilməyiblər. Ancaq danışıqlar öz axarı ilə davam edir. Biz əvvəlkindən fərqli olaraq çətin, mürəkkəb, həssas və çox ciddi müzakirələr aparırıq”.
1863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:51