Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

"Qarabağdan az danışın"

Ermənistan baş naziri Ovik Abramyan bu gün parlamentdə müxalifətçi deputat Aleksandr Arzumanyana Dağlıq Qarabağdan az danışmağı tövsiyyə edib

Məlumata görə, söhbət Ermənistanın Gömrük İttifaqına daxil olmasından sonra Ermənistandan Dağlıq Qarabağa gedən yolun üzərində, Azərbaycanla sərhəddə nəzarət-buraxılış məntəqələrinin qurulmasından gedib.

Aleksandr Arzumanyan Ovik Abramyana bildirib ki, Ermənistanın yeni hökumətinin proqramında xarici siyasət proriteti kimi Gömrük İttifaqına daxil olmaq qeyd edilib. O həmçinin xatırladıb ki, Avrasiya məmurları Gömrük İttifaqına girmək üçün əsas şərt kimi Dağlıq Qarabağla Ermənistan arasında gömrük postlarının qurulmasını qoyublar. “Əgər bu şərt tələb olunarsa, siz Gömrük İttifaqından imtina edəcəksiniz?”, - deyə deputat soruşub.

Ovik Abramyan isə müxalifətçi deputatla çox sərt danışıb: “Biz də istəyərdik ki, biz deyən olsun. Amma bu barədə az danışın”.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP