Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Azərbaycanda yarım milyon ac var

Ünvanlı sosial yardım alanların sayı rəsmilərin göstərdiyi rəqəmlərdən xeyli artıqdır

Azərbaycanda 130 min ailə ünvanlı sosial yardım alır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirliyin əsas fəaliyyət sahələrindən biri kimi ünvanlı dövlət sosial yardımı proqramının icrasından söz açan nazir hazırda 130 mindən artıq ailənin bu proqramdan faydalandığını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı ölkədə 1 mln 200 min iş yerinin açıldığını və onların 900 mininin daimi olduğunu bildirib. Ölkə başçısının sözlərinə görə, son illər yoxsulluq 50 faizdən 5,3 fazə düşüb, işsizlərin sayı 5 faiz təşkil edib.

Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər Ilham Əliyevin dediklərini təkzib edir. Belə ki, DSK-nin açıqladığı məlumata görə, 2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 423,0 manat olub. Bu isə qiymətlərin gündən günə bahalaşdığı ölkədə o qədər böyük rəqəm sayıla bilməz. Məlumatda o da qeyd olunur ki, muzdla çalışanların təxminən 900 min nəfəri iqtisadiyyatın dövlət bölməsində çalışır.

Ancaq meyarlar düzgün seçilərsə, hesablama düzgün aparılarsa, yoxsulluq və işsizlərin sayı ilə bağlı tamamilə fərqli nəticələr ortaya çıxar. Ancaq ölkədə yoxsulluq həddini hökumətin çox aşağı indikatorlarla müəyyən edib. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.

Azərbaycanda hökumət rəqəmlərlə oynayaraq yoxsulluq həddini kağız üzərində aşağı salmaqla məşğuldur. Normal indikatorlar olsa, ölkə əhalisinin bəlkə də yarıdan çoxunun yoxsulluq səviyyəsindən aşağı yaşadığı üzə çıxardı.

Onu da xatırladaq ki, bir ay əvvəl əmək və əhalinin sosial müdafiəsi ölkədə 612 min adamın sosial yardımla dolandığını açıqlamışdı. Bu ilin aprel ayınadək 139573 ailə ünvanlı dövlət sosial yardımı alıb. Onlardan 39143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Bir aya bu göstəricinin 130 minə ailəyə qədər azalması inandırıcı görünmür. Çünki bu müddət ərzində əhalinin həyat səviyəsinin yüksəkləmsi istiqamətində hökumət tərəfindən heç bir addım atılmayıb. Ancaq bir ailədə təxminən dörd nəfərin olduğunu nəzərə alsaq, bu da 520 min nəfər deməkdir. Deməli rəsmi məlumata görə, ölkədə 520 min yoxsul var. Bir aya ölkədə yoxsulluranı sayının 92 min nəfər azalması da real görsnmir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda ünvanlı sosial yardım almaq üçün bir çox meyarlara cavab vermək lazımdır.

Məsələn, müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının həcmindən aşağı olan aztəminatlı ailələrin sosial yardım almaq hüququ var.

Ancaq hətta bu halda da ailə sosial yardımdan məhrum edilə bilər. Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil alıbsa, yaxud nəqliyyat vasitəsilə sahibdirsə, ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi varsa, bu halda ailə sosial yardım ala bilməz. Bu isə o deməkdir ki, qazanc mənbəyi olmayan, lakin mənzilə sahib olan ailələr sosial yardım ala bilməz. Yaxud məcburiyyət qarşısında qalıb kredit götürən yoxsul ailə də yardımdan əlini üzməlidir. Dəfələrlə köhnə və yararsız avtomobili olan ailələrin yardımdan məhrum edilməsi hallarına rast gəlinib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə sosial yardıma ehtiyacı olan ailələrin sayı hazırda bu yardımı alanlardan xeyli çoxdur. Hətta belə olmasa da, əhalisinin bir hissəsi qazanc adı ilə ölkəni tərk edən Azərbaycanda yoxsulların sayı azalmaq bilmir.

Deməli ölkədə sosial yardıma ehtiyacı olan və yoxsulluq səviyyəsində yaşayanların sayı 520 min deyil, bəlkə də bir neçə dəfə çoxdur. Belə olan halda istər dövlət başçısının, istərsə də digər rəsmilərin ölkədə yoxsulluğun səviyyəsinin minimuma endirildiyini demək heç bir məntiqə uyğun deyil./azadlıq/
1514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı