Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Ali Rada rus dilinə status verir

Ukraynanın Ali Radası hakimiyyətin mərkəzləşdirilməsi və rus dilinə təminat verilməsi haqda memorandum qəbul edib.

319 deputatdan 252-si bu sənədin lehinə səs verib. Memorandumun əsas tezisləri - təcili olaraq Konstitusiya islahatının keçirilməsi, hakimiyyətin mərkəzləşdirilməsi, parlament-prezidentli respublikaya keçid, rus dilinə statusun verilməsinə təminat.

Sənəddə həmçinin qeyd olunub ki, Ukraynanın məhkəmə, hüquq-mühafizə orqanları və prokurorluqda genişmiqyaslı islahatın keçirilməsi vacibdir. Ukraynanın müvəqqəti prezidenti, parlamentin sədri Aleksandr Turçinov sənəddə nəzərdə tutulan dillə bağlı məsələyə münasibət bildirib: “Ukrayna dili dövlət dilidir. Dövlət ölkədə kompakt halda yaşayan başqa az saylı etnik qrupların dilinin qorunmasına təminat verəcək. Ali rada rus dilinin statusunun təmin edəcək".

Memorandumda qeyd olunub ki, parlament yerlərdə referendumun keçirilməsi ilə bağlı qanun qəbul etməlidir./ans/
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP