Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Korlar üçün telefon satışa çıxarıldı

Korlar üçün telefonun qiyməti isə 79 manatdır

İngiltərədə bir firma tərəfindən istehsal edilən telefon satışa çıxarılıb.

İngiltərədə istifadəçilərə öz mobil telefonlarını hazırlamaq imkanı təqdim edən "OwnFone" firması variantları arasına Brayl əlifbasını (korların əlifbası) da əlavə edib.

Firma tərəfindən bundan əvvəl başqa şirkətlərin də Brayl əlifbası olan telefon hazırladığını, lakin ilk dəfə bunların satışa təqdim etdiyi bildirilib.

Telefona sahib olmaq üçün şirkətin internet saytına girərək "klaviatura" variantında Braylı seçmək lazımdır. Kredit kartı böyüklüyündə olan telefon 3D nəşr üsulu ilə hazırlanır.

Hal-hazırda sadəcə İngiltərədə satışa çıxarılan telefonun qiyməti isə 79 manatdır.
1771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı