Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

Snouden yeni sandıqları açacaq

Amerika kəşfiyyatının sabiq əməkdaşı Eduard Snouden növbəti beynəlxalq qalmaqala səbəb ola bilər.

O, Rusiya, İran və Çin xüsusi xidmət orqanları ilə bağlı sensasion məlumatlara sahibdir və bu ölkələrin əməkdaşlıq etdiyi ölkələrlə bağlı da gizli informasiyaları yaya bilər.

Amerika mətbuatı yazır ki, gizli danışıqları ictimailəşdirmək istəyən Snoudenin əlində 30 minə yaxın sənəd var.

Bu sənədlərdə 35 ölkə liderinin məxfi telefon danışıqları da yer alıb.

Məsələyə artıq münasibət bildirən Putin müttəfiq ölkə kəşfiyyatlarının bir-birinin telefon danışıqlarına qulaq asmalarının Rusiya üçün maraqlı olmadığını deyib./Teleqraf.com
1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber