Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Erməni deputat: “Kəlbəcəri qaytarsaq…”

Kəlbəcər rayonunun Azərbaycana qaytarılarsa, Qarabağ və Ermənistan zəhərli su ala bilər.

Bunu Ermənistan parlamentinin iclasında hakim Respublika partiyasından olan deputat Marqarit Yesayan bəyan edib.

Onun sözlərinə görə, Qarabağ erməniləri ATƏT-in Minsk Qrupunun həmsədrlərini həmişə belə “isti” qarşılamalıdırlar. Qeyd edək ki, ermənilər həmsədrlərin yolunu kəsmişdilər. “Qoy, hər dəfə belə qarşılandıqdan sonra başa düşsünlər ki, Qarabağ sakinlərinin səsi eşidilməlidir”, - deputat deyib.

Marqarit Yesayan bəyan edib ki, 1988-ci il statusuna qayıdış qarşılıqlı güzəşt yox, kapitulyasiyadır: “1992, 1993, 1995-ci illərdə də bu barədə danışılıb. İndi bu bizim üçün qəbuledilməzdir”.

Erməni deputatın sözlərinə görə, Ermənistanın cənubu və Qarabağın su ehtiyatlarının 80 faizi Kəlbəcər və Gülüstan rayonunun ərazisindən qaynayqanır: “Heç kim bizi əmin edə bilməz ki, qonşu respublika bu ehtiyatları zəhərləməyə cəhd etməyəcək” ./Musavat/
1512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26