Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Soma faciəsində 120 suriyalı ölüb?

Türkiyənin Manisa vilayətinin Soma rayonunda kömür mədənində 301 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı istintaq hər gün yeni adlar açıqlayır.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bu günkü açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq, bu faciənin təqsirkarları ciddi şəkildə cəzalandırılacaqlar.

Türkiyənin Manisa şəhərinin Soma kəndində, kömür mədənində baş verən faciədən 9 gün keçdi. 301 nəfər insanın həyatına son qoyan faciəyə görə mədənin icraçı direktoru Can Gürkan bu gün həbs edildi. O, həbsxanaya gətirilərkən zərərçəkənlərin sərt etirazı ilə də qarşılanıb.

Akhisar Cumhuriyet Prokurorluğuna istinadən bu günə qədər hadisə ilə bağlı 36 nəfər istintaqa cəlb edilib. Mədənin bu sahəyə məsul olan 3 işçisi isə elə faciə zamanı dünyasını dəyişib.

Bu faciədən sonra ilk dəfə olaraq partiya silahdaşları qarşısına çıxan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bu hadisədən iqtidara qarşı istifadə etmək istəyənləri xəbərdar etdi. Ərdoğanı narahat edən əsas məsələ isə Soma kömür mədəninin “AKP”yə məxsus olmasından tutmuş, mədən faciəsində 120 suriyalının ölərək üzərinə beton tökülməsinə kimi müxtəlif cür yalanların yayılması olub.

Ərdoğan mədən faciəsindən iqtidara qarşı istifadə etmək istəyən daxili və xarici qüvvələrin ortaya əsassız yalanlar atdığını idda edərək, bu hadisədən yararlanmaq istəyənlərin olduğunu söylədi. İndi hökumət Soma qurbanlarına şəhid statusunun verilməsini rəsmiləşdirmək istəyir.

Bununla bağlı Baş nazir təlimata da imza atıb. Faciədən sonra ölkədə baş qaldıran etiraz dalğası isə hələlik səngiyib. Düzdür, sosial media üzərindən hələlik hökumətə tənqidlər səngiməyib, amma ilk günlərdə olduğu kimi daha insanlar küçələrə axışıb, hökumətin istefasını tələb etmirlər./ans/
1893 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 20:19