Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

İki nəfərin ölümünə səbəb olan məmurla bağlı yeni faktlar

Səbailin icra başçısını müavininə məxsus maşının üzərindəki dövlət nömrə nişanı başqa avtomobilə məxsusdur

Xəbər verildiyi kimi, Səbail Rayon Icra Hakimiyyəti (RIH) başçısının müavini Yavər Allahverdiyevin xidməti avtomobili mayın 11-də saat 23:30 radələrində qəza törədib.

Belə ki, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi “Hyundai Grandeur” markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində törətdiyi qəzada piyadalar Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Xalid Cəbrayılov hadisə yerində dünyasını dəyişdi. Xəstəxanaya aparılan digər iki şəxsdən biri - Misir Şirinov isə az sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Səbail Rayon Polis Idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

Qəza ilə bağlı maraqlı fakt isə ondan ibarətdir ki, qəzaya səbəb olan “Hyundai” markalı avtomobilin üzərindəki dövlət nömrə nişanı başqa maşına məxsusdur.

Avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanı əslində Səbail RIH-ə məxsus “Qaz-3110" markalı digər avtomobilə aiddir. Istifadəyə yararsız olan ”Qaz-3110" isə hazırda Səbail RIH-in binasının arxasındakı boş ərazidə saxlanılır. Sayt həmin avtomobilin fotosunu da yayıb.

RIH-dən adının çəkilməsini istəməyən mənbə həmin avtomobilin icra hakimiyyətinə məxsus olduğunu və Yavər Allahverdiyevin yeni maşın - “Hyundai Grandeur”u aldıqdan sonra 10 AS 509 dövlət nömrə nişanını təzə avtomobilin üzərinə qeydiyyata keçirmədiyini dedi. Beləliklə, 10 AS 509 dövlət nömrə nişanı qanunsuz olaraq “Hyundai” markalı avtomobilə bağlanıb.

Avtomobilin qəza anında məhz adıçəkilən şəxs - sürücü Sabir Hacıkərimov tərəfindən idarə edilməsi də mübahisəli məsələdir. Çünki hadisə şahidləri avtomobilin məhz Yavər Allahverdiyev tərəfindən idarə olunduğunu deyiblər. Rəsmi məlumatda isə qəzanı Səbail RIH-də sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimovun törətdiyi deyilir.

Şahidlər qəzanı törədən maşının saatda 130-140 km sürətlə hərəkət etdiyini də bildiriblər.

Dövlət Yol Polis Idarəsindən alınan məlumat da göstərir ki, avtomobilin sürücüsü heç də yol hərəkəti qaydalarına əməl edən intizamlı şəxs deyil. Belə ki, bu avtomobil sürət həddini aşdığına görə 7 dəfə radara düşüb. Lakin bunların heç birində cərimə edilməyib.

Hadisə baş verən ərazidə nəzarət kameraları da var.

Əldə edilən digər məlumata görə, qəza baş verəndən bəri Yavər Allahverdiyev işə çıxmır. Hadisədən bir həftədən artıq vaxt keçsə də...

Səbail RIH-lə əlaqə saxlayaraq başçının müavini Yavər Allahverdiyevlə danışmağa cəhd etdik. Yavər Allahverdiyevin köməkçisi zənglərə cavabında hər dəfə “Yavər müəllim işə çıxır, lakin ərazidədir” deyə bildirib./virtualaz/
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:26