Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Liviyanın Tripoli və Benqazi şəhərlərində gedən qarşıdurmalarda ölən və yaralananlar var

Liviyada ordunun sabiq generalı Xəlifə Xəftərin silahlı dəstələri ilə sabiq qiyamçılar arasında gedən qarşıdurmalar durmadan artır

Liviyada ordunun sabiq generalı Xəlifə Xəftərin silahlı dəstələri ilə sabiq qiyamçılar arasında gedən qarşıdurmalar durmadan artır. İnterAz-ın Əlcəzirə-yə istinadla verdiyi xəbərə görə, gecə saatlarında Liviya paytaxtında bir neçə partlayış qeydə alınıb. Paytaxtın Səlahəddin bölgəsindəki qarşıdurmalarda ən azı 3 nəfər ölüb.

Ölkənin şərqində Benqazidə isə sabiq ordu generalı Xəlifə Xəftərin tərəfdarları “Ənsauriş-Şəriə” hərəkatının (sabiq qiyamçılar) silahlılarına hücum ediblər. Burada da ölən və yaralananların olduğu bildirilir.

Bu arada Liviya ordusunun hava qüvvələri komadiri bəyanat yayaraq, silahlı islamçı qruplaşmalar və dəstələrə qarşı mübarizə üçün Xəlifə Xəftərə qoşulduqlarını bəyan edib.

Bildirək ki, hazırda Liviya ordusunun və daxili işlər nazirliyinin bir çox briqadaları və yüksək rütbəli zabitləri, ölkədə qeyri leqal-silah daşıyan sabiq qiyamçılara qaşı əməliyyatlara başlayacaqlarını bəyan ediblər.
1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP