Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

“Əl-Mizan” təfsirinin 6-cı cildi çapdan çıxacaq

Bu barədə “Qələm” nəşriyyatının direktoru ilahiyyatçı Hacı Yusif Bağırov məlumat verib

“Əslən azərbaycanlı olan Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin qələmə aldığı möhtəşəm “Əl-Mizan” təfsirinin altıncı cildi ilk dəfə may ayının 22-si Azərbaycan dilində çapdan çıxacaq.
“Təkamül” tərcümə və elmi-tədqiqat mərkəzinin və “Qələm” nəşriyyatının birgə keçirtdiyi elmi layihə əsasında “Əl-Mizan” təfsirinin 6-cı cildinin tərcüməçisi ilahiyyatçı Füzuli Şəfiyev, redaktoru isə Vüsal Hətəmovdur.

Kitab Qurani-Kərimin təfsiri olduğu üçün həddindən artıq diqqət tələb etdiyindən çapa bir az gecikdi. “Əl-Mizan” təfsirinin əvvəlki cildləri oxucular tərəfindən yüksək səviyyədə qarşılandı. “Əl-Mizan” təfsiri İslam dünyasında yeganə təfsirdi ki, bütün firqələr tərəfindən çox yüksək qəbul olunur. Bu təfsir kitabının digərlərindən özəlliyi ondadır ki, mərhum Əllamə burada ayənin təfsirini digər ayə ilə verir. Bunun həm təfsirində, həm fəlsəfi bəhslərində, həm də rəvayət bəhslərində mərhum çox incəliklərə diqqət yetirib.

Hal-hazırda 7 və digər cildlərin tərcümə və redaktə işləri gedir. Bu həftənin sonlarından dəyərli oxucular “Əl Mizan” təfsirinin 6-cı cildini kitab mağazalarından əldə edə bilərlər. ”/birlik/
1737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat