Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Soma Holdinqin rəhbəri yoxa çıxdı

Türkiyənin Soma rayonunda faciənin baş verdiyi holdinqin sahibi Alp Gürkan haqqında həbs qərarı çıxarılıb. Ancaq polis telefonlarını bağlayıb itkin düşən Alp Gürkanı getdiyi iki ünvanda də tapa bilməyib.

Bu barədə CHP Millət vəkili Özgür Xüsusi öz tvitter səhifəsində yazıb.

Xatırladaq ki, Somada 301 işçinin həyatını itirdiyi mədən faciəsilə əlaqədar Soma Kömür Sənayesi A.Ş. baş direktoru Ramazan Doğrunun sənədindəki imzanın özünə aid olmamasını açıqlaması istintaqın gedişatını dəyişdirmişdi. Baş direktor Ramazan Doğru səlahiyyətlərin özündə olduğunu bildirən Soma Kömür Sənayesi A.Ş. İdarə Heyəti Məclisinin “səlahiyyət müddəti” qararındakı imzasının saxta olduğunu irəli sürmüşdü. Buna görə də şirkətin idarə heyəti başçısı Can Gürkan həbs olundu. İndi isə prokurorlar həmin “səlahiyyət müddəti” sənədində imzası olan şəxsləri araşdırmağa başlayıb. Həbs olunan Can Gürkanın atası Soma Holdinqin rəhbəri Alp Gürkan və sənəddə imzası olan digər idarə heyəti üzvləri haqqında qərar çıxarılıb.
1505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 1