Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Dünyanın ən yaşlı pişiyi

Ginnesin Rekordlar Kitabına düşən Poppi adlı pişik insan yaşı ilə hesablandıqda 114 yaşını qeyd edir.

Dünyanın ən yaşlı pişiyi hesab edilən bu pişik 1990-cı ilin fevral ayında dünyaya gəlib. Hazırda onun əslində 24 yaşı var.

Poppinin sahibi Jasqui Vest deyir ki, bu illər ərzində pişik dəfələrlə ölüm həddinə çatsa da, nəticədə sağ qala bilib.

Bir pişik üçün 24 illik ömür həddi olduqca uzun olduğundan, o artıq qocalmış hesab olunur. 24 yaşında olan bir pişik özünü 114 yaşında olan bir insan kimi hiss edir. Poppi hazırda dünyanın ən yaşlı insanı olan yaponiyalı Misao Okaşadan 2 yaş cavandır.

114 yaşlı pişiyin artıq uzun müddətdir ki, nə gözləri görür, nə də qulaqları eşidir. Ancaq vaxtı-vaxtında qidalandığı üçün bu günə qədər yaşaya bilir.

Poppinin sahibləri ona mütəmadi olaraq KFC toyuqları, kababvəçipsilər də yedizdirir. 


1588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber