Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Talibanın 50-dən çox silahlısı zərərsizləşdirilib

Pakistan ordusu "Taliban" komandirləri daxil olmaqla, 50-dən çox silahlını zərərsizləşdirib

Pakistan hərbi təyyarələri ölkənin şimalında yerləşən Vəziristan əyalətində slahlılara ağır zərbələr endirib.

SalamNews-un "əl-Cəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, burada 50-dən çox silahlı öldürülüb. Onlar arasında "Taliban" hərəkatının komandirləri də var.

Pakistanın ordu komandanlığının İctimai əlaqələr bölməsindən əməliyyatlarda silahlılara məxsus yeraltı sığınacaq və tunellərin dağıdıldığı bildirilir.

Ölkənin rəsmi mənbələri burada öldürülən silahlıların Peşavər, Pəncab və Xeybərdəki partlayışları törədənlər olduqlarını söyləyiblər.

Qeyd edək ki, rəsmi İslamabadın "Taliban"la başladığı danışıqlar bir ay əvvəl hərəkat silahlıları tərəfindən dayandırılıb.

Ekspertlərin fikrincə, Pakistan ordusunun son əməliyyatlarından sonra tərəflər arasında danışıqların bir daha baş tutması qeyri-mümkün olacaq.
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55</