Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

Rusiyadan miqrantlara bu dəfə ailə qadağası

Rusiyada miqrasiya qanunvericiliyi daha da sərtləşdiriləcək. Moskva merinin müavini Leonid Peçatnikov bildirib ki, təklif olunan yeni dəyişikliklər miqrantların öz ailə üzvlərini Rusiyaya gətirməsini çətinləşdirəcək.

Apa-nın xəbərinə görə, yeni təklifin bir ay ərzində qanuna əlavə edilməsi gözlənilir. Dəyişikliyə əsasən, yalnız minimum istehlak səbətinin dəyərindən iki dəfə artıq maaş alan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyə razılıq veriləcək.

Hazırda Moskvada minimum istehlak səbətinin dəyəri 11913 rubl, yaxud 400 dollardır. Dəyişiklikdən sonra ayda rəsmi olaraq 800 dollardan az maaş alan miqrantlar ailə üzvlərini Moskvaya apara bilməyəcəklər. Belə miqrantların ailə üzvləri Rusiya paytaxtına yalnız qısa müddətə, turist qismində gedə biləcəklər.

Miqrasiya qanunvericiliyinə təklif olunan digər dəyişikliyə əsasən, sahibkar işə götürdüyü hər xarici vətəndaş üçün dövlətə əlavə olaraq 200-400 dollar arası rüsum ödəməli olacaq.

Bundan başqa, sahibkar MDB ölkələrindən olan vətəndaşları işə götürməsinin səbəbini dövlət qurumlarına əsaslandırmağa məcburdur. Sahibkarlar həmçinin miqrantların xidmətindən istifadə edirsə, büdcəyə ödədiyi gəlir vergisini üç ay əvvəldən ödəməli olacaq.

Ekspertlərin fikrincə, tətbiq olunan qadağalar sahibkarların miqrantları işə götürməkdən çəkindirəcək.
1654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber