Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

«Azadlıq uğurunda can qoymağa peşman olmuşam»

Yalçın Dəmirov dörd nəfərlik ailəsinin təhlükə altında qaldığını yazır

“Mən, ikinci qrup 20 yanvar əlili Dəmirov Yalçın Səməd oğlu Hacıqabul rayon, Qızılburun kənd sakiniyəm. 23 ildir əliləm, dövlətin heç bir qayğısını görmədim. Ailəliyəm, iki övladım var, yaşanılası mümkün olmayan daxmada yaşayıram”. Bu sözlərı Y.Dəmirov “Bizim Yol”a göndərdiyi şikayət məktubunda yazıb.

O, bildirir ki, hazırda yaşadığı daxma qəza vəziyyətindədir: “Ailəmin həyatını təhlükədən qorumaq üçün yerli icra hakimiyyətinə, Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Müraciətimə baxılmır. Mən əlil olaraq güzəşt və imtiyazlardan kənarda qalmışam. Heç bir hüququm tanınmır”.
Yalçın Dəmirov bildirir ki, Prezident Administrasiyasına etdiyi müraciətə görə, Hacıqabul rayon icra hakimiyyəti rəhbərliyinin təzyiqi ilə üzləşib: “Mənə mərkəzi icra hakimiyyəti qurumlarına müraciət etməyi qadağan edirlər. Ailə vəziyyətimdən, sosial durumumdan, yaşadığım daxmanın təhlükəli olmasından xəbəri olan yerli icra hakimiyyətinin nümayəndləri 4 vətəndaşın taleyinə göz yumurlar. Bizim ailəni ölümlə üz-üzə qoyublar. Təhlükədən qorumaq əvəzinə bizə təzyiq edirlər. Hətta dövlət adamları tərəfindən təhqir olunmuşam. Azadlıq uğurunda can qoymağıma peşman olmuşam. Mənə ev, maşın da vermirlər”.
İkinci qrup əlili yazır ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib: “Yazılı müraciətlə yanaşı özüm də nazirliyin qəbul otağında olmuşam. Müraciətim nəticəsiz qalıb. Ev vermirlərsə, daxmamı təmir etsinlər, 4 vətəndaşın həyatını qorusunlar”.
Şikayətçilər əlil olduğuna görə işəgötürənlər tərəfindən işə qəbul olunmadığını deyərək, aldığı 130 manat pensiya ilə yaşamağın mümkünsüz olduğunu bildirdi.
1350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı