Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Məcburi köçkünlər özlərini yandırmaq istəyir

Bakı Metropolitenin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" elektrik deposunun tikintisinin dayandırılmasına səbəb orada məcburi köçkün və digər mülki şəxslərin yaşamasıdır. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, siyahıyaalma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub. Yerli sakinlərə hər kvadrat metrə görə 720 manat kompensasiya ödənilib və onlar evlərini tərk etməyə razı olublar. Lakin 6 ailə köçməkdən imtina edib. Bu gün Metropoliten evlərini tərk etmələri üçün həmin ailələrə son xəbərdarlıq edib. Metropoliten sözçücü bildirib ki, həmin 6 ailəyə də digərləri kimi Mehdiabadda məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillər ayırıb, lakin onlar köçməkdən imtina edirlər. Narazı sakinlər isə jurnalistlərə deyirlər ki, bura şəxsi yaşayış evləridir, onlara verilən mənzillər isə müvəqqəti sığınacaqdır. İcra hakimiyyətinin nümayəndəsi isə bildirib ki, həmin sakinlərin yaşadıqları evlər qanunsuz evlərdir."
Sakinlər buna etiraz edərək qeyd ediblər ki, necə qanunsuz ola bilər ki, bu evləri tikmişik və neçə illər həmin mənzillərdə yaşamışıq. Bizi burdan kimsə çıxara bilməz. Məcburiyyət olarsa özümü yandıracağıq. Allahverdi Doluxanov adlı etiraz edən sakin isə deyir ki, onun evə dair rəsmi sənədləri var: “Bizə deyirlər ki, siz evinizə nə qədər xərc çəkmisinizsə onun kompensasiyasını ödəyəcəyik, amma bunu rəsmi şəkildə edən yoxdur”./simsar/
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber