Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

ABŞ əsgərləri vəhhabilərin tərəfində vuruşur

Suriyada Bəşər Əsədə qarşı savaşan vəhhabi və təkfiçilərin sırasında 100-dən artıq ABŞ əsgəri var.

Bu barədə məlumatı “Əl Aləm” Qərb xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadla yayıb. “Dailybest”ə danışan xüsusi xidmət orqanları rəhbərlərindən birinin sözlərinə görə, son dövrlər Suriyaya savaşmağa gedən ABŞ vətəndaşlarının sayı artmaqdadır.

Xatırladaq ki, bir qədər əvvəl məşhur “Nyu York Tayms” qəzeti də 70 ABŞ muzdlusunun Suriyada vuruşduğunu yazmışdı. ABŞ-ın FBR rəhbəri Devid Camey də Suriyada vuruşanlar sırasında amerikanların olduğu barədə məlumatlar aldığını bildirmişdi.

Ümumilikdə isə Suriyada mindən artıq qərbli döyüşçünün Bəşər Əsəd rejimi ilə mübarizə aparanların sırasında muzdla döyüşdüyü barədə təsdiqlənmiş xəbərlər var.
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP