Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Bakının mərkəzində biabırçı sorğu

Şəhər sakinlərinin çoxu işğal olunmuş rayonlarımızı sadalaya bilmir və gülməyə başlayırlar

“Azadlıq Radiosu” Bakı sakinləri arasında sorğu keçirib.
Sorğu zamanı vətəndaşlara üç sual – “Atəşkəs” deyiləndə nə başa düşürsünüz? Azərbaycanın hansı rayonları işğal edilib? Hansı Milli Qəhrəmanları tanıyırsınız? sualları ünvanlanıb:

İlk növbədə “Atəşkəs” deyiləndə nə başa düşürsünüz? sualına cavab verən respondentlərin əksəriyyəti deyir ki, “Atəşkəs” elə sözdə olaraq qalır, gündən-günə cəbhədə bu rejim pozulur və şəhidlərin sayı çoxalır. Vətəndaşlardan biri bildirir ki, atəşkəs rejimi normal bir haldır. Bu, iki dövlətin arasında olan şəxsi problemdir.

Daha sonra sorğuda iştirak edənlərə Azərbaycanın hansı rayonları işğal edilib? sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin əksəriyyəti işğal olunmuş rayonlarımızın hamısını sadalaya bilmir və aralarında elə eqzempelyar tapılır ki, hansı ki işğal olunmuş iki rayonun adını çəkir və daha sonra başlayır gülməyə ki, bunları bilmir.

Sonuncu sual – Hansı Milli Qəhrəmanları tanıyırsınız? sualına respondentlərin hamısı heç olmasa bir Milli Qəhrəmanın adını çəkir. Onlar daha çox Milli Qəhrəman Çingiz Mustafayev, Mübariz İbrahimov, Əlif Hacıyev və Salatın Əsgərovanın adını çəkirlər.


Öz növbəmizdə biz, Azərbaycanın işğal olunmuş əzəli torpaqlarının adları və işğal tarixlərini təqdim edirik:


Ağdam. İşğal olunub – 1993-cü il 23 iyul
Cəbrayıl. İşğal olunub – 1993-cü il 23 avqust
Füzuli. İşğal olunub – 1993-cü il 23 avqust
Kəlbəcər. İşğal olunub – 1993-cü il 2 aprel
Qubadlı. İşğal olunub – 1993-cü il 31 avqust
Laçın. İşğal olunub – 1992-ci il 18 may
Şuşa. İşğal olunub – 1992-ci il 8 may
Xocalı. İşğal olunub – 1992-ci il 26 fevral
Zəngilan. İşğal olunub – 1993-cü il 29 oktyabr
Xocavənd. İşğal olunub – 1992-ci il 10 oktyabr
Ağdərə. İşğal olunub – 1993-cü il 17 iyun
Xankəndi. İşğal olunub – 1991-ci il 25-26 dekabr
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı