Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

"Qərbin İranla əməkdaşlıq etməkdən başqa bir çarəsi yoxdur"

Bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli-Əkbər Salehi deyib

"Qərbin İranla əməkdaşlıq etməkdən başqa bir çarəsi yoxdur". İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli-Əkbər Salehi deyib. O, Təbrizdə bir nüvə obyektinin açılışında iştirakı zamanı yeni texnologiyalar zəminində İranın mühüm nailiyyətlər əldə etdiyini və buna görə Qərbin İranla hesablaşacağını deyib.

Ə.Salehi həmçinin, əldə edilmiş texnologiyalara görə və ölkənin beynəlxalq arenadakı mövqeyinə görə, iranlıların gələcəyinə təzminat veridiyini qeyd edib.

Xatırladaq ki, İran və beynəlxalq vasitəçilərdən ibarət olan “Altılıq” ötən ilin noyabrında müvəqqəti nüvə anlaşmasına nail olublar və hazırda yekun nüvə anlaşmasının əldə edilməsi istiqamətində danışıqlar aparırlar. Ekspertlərin fikrincə yaxın 6 ay İran və Qərb əlaqələri üçün ən həlledici dövr olacaq.
1175 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!