Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Azərbaycanlı generalın villasının görüntüləri yayıldı - Foto

General-mayor Mahmud Həmzəyevin villasının görüntüləri yayılıb. Fotoları hərbi ekspert Uzeyir Cəfərov öz Feysbuk səhifəsində paylaşıb. Görüntülərdə generalın villasının tikintidən öncə və sonrakı görünüşləri yer alıb. Ekspert villanın Görədil qəsəbəsində yerləşdiyini və burada kifayət qədər əsgər, zabit əməyindən istifadə olunduğunu bildirib. Qeyd edək ki, dünən Üzeyir Cəfərov saytımıza açıqlamasında general-mayor Mahmud Həmzəyevin öz villasını döyüş bölgəsindən gətirilən tikinti məhsulları və boruların hesabına tikdirdiyini bildirmişdi. O, Mahmud Həmzəyevin çox şeylərə görə cavab verməli olduğunu demişdi. Onu da xatırladaq ki, general-mayor Mahmud Həmzəyev Beyləqan hərbi birləşməsinin komandiri vəzifəsini icra edib. 2009-cu ildə ordu sıralarından tərxis olunan generalın hazırda 66 yaşı var./axar/


1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber