Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

Səfər Əbiyev haqda şok məlumatlar

Keçmiş nazirimiz “Pakrov” bazarının şəriki imiş
Sabiq müdafiə nazirinin korrupsiya, oğurluq yolu ilə topladığı sərvətin, mülklərinin və kadr şəbəkəsinin xəritəsi əlimizdə; onun Müdafiə nazirliyindəki adamlarının siyahısı heyrət doğurur
Sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə başda onun özü olmaqla, Müdafiə Nazirliyinin rəhbər şəxsləri “Yeni Müsavat” qəzetinə qarşı 6 məhkəmə iddiası qaldırıblar. S.Əbiyev özü iki, müavini Çingiz Məmmədov, maliyyə idarəsinin rəisi Elçin Mehdiyev, Ali Hərbi Akademiyanın rəisi Nəcəf Qəmbərov, Naxçıvan korpusunun rəis müavini Heydər Piriyev isə hərəsi bir iddia ilə məhkəməyə müraciət edərək, üst-üstə “Yeni Müsavat” qəzetindən 450 min manat pul - təzminat tələb ediblər. Proses hələ də davam edir.
Səfər Əbiyev artıq nazir postunda yoxdur, onun sifarişi əsasında qaldırılmış məhkəmə iddialarının taleyinin necə olacağı, onların geri götürülüb-götürülməyəcəyi hələlik bəlli deyil. Ancaq bu iddialar məhz Əbiyevin iradəsini və şəxsi maraqlarını ehtiva etdiyi üçün onların ləğvi mütləqdir.
Həmin iddiaların ard-arda düzülməsinin isə bircə səbəbi vardı: “Yeni Müsavat” qəzeti 2012-ci ildə Ali Hərbi Akademiyanın dinləyicilərinin, daha sonra isə ordudakı bir qrup zabitlərin məktubları əsasında S.Əbiyevi ifşa edən materiallar dərc etmişdi. Həmin məktublarda S.Əbiyevin qohumbazlıq, yerlibazlıq siyasəti ifşa edilmişdi, həmçinin, onun biznes imperiyasının xəritəsi əksini tapırdı, yaxınlarının, qohumlarının ordunu necə talaması göstərilirdi. Həmin faktlara bir daha nəzər saldıqda bəlli olur ki, S.Əbiyev ordunu hələ o zamanlardan yazdığımız kimi, gerçəkdən mafiya qaydaları ilə idarə edib. Hər halda, üzə çıxan faktlar bunu deməyə əsas verir. Həmin məktublardakı faktlar hələ də aktualdır. Buna görə də onlardan bəzilərini yada salırıq...
Ordudakı zabitlərin bir qrupunun məktublarda yazılmışdı:
“Səfər Əbiyevin Moskvda ”Pakrov" ticarət mərkəzi (hansı ki, Orxan Zeynalov olayından bir neçə gün öncə həmin baza bağladılıb. Bazanın formal sahibi dağıstanlı Maqomed Talboyev olsa da, ona azərbaycanlılar - “Şəmkir qruplaşması” və ləzgilər nəzarət edirdi. Kiçicik bir araşdırma apardıqda bəlli oldu ki, bazara doğrudan da Səfər Əbiyevin aidiyyəti var. Belə ki, Səfər Əbiyev kirvəsi, Şəmkirin sabiq icra başçısı, hazırda kənd təsərrüfatı nazirinin müavini vəzifəsində işləyən Aslan Aslanovun, həmçinin, dağıstanlı mənsəb sahiblərinin vasitəçiliyi ilə bu bazarın faktiki şəriklərindən biridir -T.Ə), Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. Səfər Əbiyevin bir qardaşı Nazim Əbiyev Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edir. O, həmçinin MN-ə aid mənzil istismar sahələrinə kuratorluğu həyata keçirir. Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb. Nazirin qardaşı MN-in ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək burada şərikli bank yaradır. Səfər Əbiyevin digər qardaşı Məhəmməd Əbiyev keçmiş sürücü, indi isə iri biznesmendir. Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edir. Nazirin böyük qardaşı Cəlal Əbiyev bəzi hərbi komissarlıqları təngə gətirib. Onun oğlu mərkəzi aparatda xidmət edir, kürəkəni Mehman Qurbanov isə Binəqədinin hərbi komissar əvəzidir. Səfər Əbiyevin digər qardaşı Rüstəm Əbiyev ordunun əşya təminatını təyin edən, tenderlərin 80 faizində qalib gələn, ordumuzu keyfiyyətsiz geyimlərlə təchiz edən tikiş fabrikinin direktorudur..."***Zabitlər həmçinin yazdıqları məktublarda bildirmişdilər ki, Silahlı Qüvvələrin yuxarı komandanlığının və rəhbər işçilərinin şərti olaraq “Şimal bölgəsi” adlandırılan regiona (əsasən Quba, Qusar, Xaçmaz və Şabran rayonlarına) mənsub olan şəxslərdən ibarətdir.
Onların yolladıqları siyahı budur:
Məktubda göstərilən hərbçilərin anadan olduqları bölgələrlə birlikdə adlarını da sizə təqdim edirik.
- Müdafiə naziri, general-polkovnik, Səfər Əbiyev, Quba rayonu;- Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov, Mahaçqala şəhəri;- Müdafiə nazirinin köməkçisi, polkovnik Elçin Xəlilov, Quba rayonu;- Baş Qərargah rəisinin köməkçisi, polkovnik Elxan Məcidov, Quba rayonu;- Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Rəhim Cəfərov, Quba rayonu;- Mühəndis Xidməti rəisi, polkovnik Mehman Qədiməliyev, Quba rayonu;- Kadrlar İdarəsinin rəisi, polkovnik Mahmud Ağadadaşov, Xaçmaz rayonu;- Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev, Qusar rayonu;- Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Piri İsrafilov, Quba rayonu;- İşlər İdarəsinin rəisi, polkovnik Baxış Ələkbərov, Şabran rayonu;Ərzaq Xidməti rəisi, polkovnik Mustafa (məktubda soyadı göstərilməyib), Quba rayonu;- Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, general-mayor Yaşar Aydəmirov, Qusar rayonu;- Maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev, Quba rayonu;- Beynəlxalq İdarənin rəisi, general-mayor Ramiz Nəcəfov, Quba rayonu;- İnspeksiya rəisi, general-mayor M.Beydullayev, Şabran rayonu; (artıq həmin vəzifədən azad edilib - red.)- İnspeksiya rəisinin müavini, polkovnik Elxan Əlibəyov, Qusar rayonu;- Tədris-Təlim Mərkəzinin rəis müavini, polkovnik Kamal Əbiyev, Quba rayonu;- Hərbi Akademiyanın rəis müavini, polkovnik Şaiq Ramaldanov, Qusar rayonu;- Kafedra müdiri Çingiz Şəfiyev (keçmiş general), Quba rayonu;- Ali Hərbi Məktəbin rəis müavini, polkovnik Fuad Şıxaliyev, Quba rayonu;- Tibb İdarəsi rəisinin müavini, polkovnik Beslan Hüseynov, Quba rayonu;- Hərbi-həkim komissiyasının sədri, polkovnik Firudin Qarabəyov, Qusar rayonu.***Redaksiyamızla telefon vasitəsilə əlaqə saxlayan bir zabit isə S.Əbiyevin sağ əli olan Çingiz Məmmədov haqqında demişdi: “İki ildir hərbi xidmətə çağırış məsələlərinə Çingiz Məmmədov rəhbərlik edir. Onun qurduğu "sportloto" sistemindən sonra orduya çağırışdan möhlət almaq, yaxud istədiyin hərbi hissədə qulluq etmək “haqqı” ikiqat artıb. İndi bu sistemdə hətta manqa komandiri də əsgəri təhdid edir ki, səni filan yerə yollayaram. Çingiz Məmmədovun oğlu mayor rütbəsini Yuri Qaqarindən tez aldı. Onun oğlu Bakı Qarnizonunda qulluq edir. 100 min manatlıq maşın sürür, 2001-ci ildə hərbi məktəbi qurtarıb, artıq mayordur. 1995-ci ildə qurtaranlardan isə hələ də mayor rütbəsi almayanlar var".
Zabitlər TTM-in sabiq rəisi, general Lənkəran Əliyevlə Səfər Əbiyevin toqquşmasının səbəbini də yazmışdılar. Bildirmişdilər ki, bu ədavət sabiq nazirin qardaşı Nazim Əbiyevə məxsus olan və TTM-in ərazisində yerləşən kafeni bağlatmasından sonra baş verib: “Lənkəran Əliyev dövründə Səfər Əbiyevin qohum-əqrəbasının uşaqları TTM-də bir gün belə dərs keçmədən hərbi rütbə aldıqdan sonra nazir Lənkəran Əliyevi işdən çıxardı. Bizdə olan məlumata görə, nazir Lənkəran Əliyevə cinayət işi açmaq istəmiş, lakin onun Səfər Əbiyevə "türmədə bir kamerada yatacağıq" ismarışından sonra fikrindən daşınmışdı. Bu zaman Səfər Əbiyev Lənkəran Əliyevdən özəlləşdirdiyi Müdafiə Nazirliyinə aid uşaq bağçasını geri qaytarmağı tələb etdi. Lənkəran Əliyev isə ona “siz haçan Müdafiə Nazirliyinə aid özəlləşdirdiyiniz evləri, torpaqları geri qaytarsanız, onda mən də bağçanı qaytaracam”, cavabını deyib. Səfər Əbiyevin evində qulluq keçən bir hərbçinin məlumatına görə, Səfər Əbiyevə məxsus maşınların qiymətləri üst-üstə 20 milyon manatı ötür. Onun bacanağı Rəşid müəllim tenderlərdə və kadr siyasətində böyük rol oynayır. Onun oğlu Vüqar Nəsimi rayonunun hərbi komissarıdır. Heç bir cəbhə xidməti keçməyib. Əbiyevin kirvəsi, məşhur Aslan Aslanov Milli Ordumuzun yaralı ürəyinə dağ çəkən, layiqli zabitlərimizi vəzifədən kənarlaşdıran, rütbədən məhrum etdirən, orduda rüşvətin “xaç atası” olan bir şəxsdir. Aslan Aslanov ona tabe etdirilmiş 41 rayonun hərbi komissarı, komissarın müavinləri, başqa hərbi strukturlara rəhbərlik edənlərin qeyri-rəsmi kuratorudur. Səfər Əbiyev əvvəllər məhkum olunmuş polkovnik Qorxmaz Qarayevi özünə müavin təyin edib. Qorxmaz Qarayev Heydər Əliyevin sağlığında onun qardaşı, mərhum Aqil Əliyevə məxsus gön-dəri zavodunun MN-ə aid tenderdə qalib gəlməsi üçün 50 min dollar rüşvət istəmişdi. Həmin gecə saat 12 radələrində bu əməlinə görə prezident Qarayevi işdən qovmuşdu. Səfər Əbiyev isə bir müddət sonra onu şöbə rəisi, Heydər Əliyev dünyasını dəyişəndən sonra isə idarə rəisi təyin etdi"...
Zabitlər həmçinin yazmışdılar ki, Səfər Əbiyev qohumu, polkovnik-leytenant Elçin Mehdiyevi 1995-ci ildə MN-in Maliyyə İdarəsinə maliyyə hissə rəisi vəzifəsinə, 1998-ci ildə baş təftişçi, 2006-cı ildə nəzarət təftiş şöbəsinin rəisi, 2008-ci ildə isə Maliyyə İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsinə təyin edib: “Nəticədə iki böyük maddi məsuliyyətli vəzifələr bir "təmiz" əldə cəmləşdirildi. Yəni pul ayıran və onun xərclənməsinə nəzarət edən eyni adamdır. Müdafiə Nazirliyinin Maliyyə İdarəsində və ona tabe olan hərbi hissələrin maliyyə xidmətlərində dövlət vəsaitlərinin oğurlanması, korrupsiya halları baş alıb gedir. Elçin Mehdiyev tərəfindən yaradılmış mexanizmlər vasitəsilə hər ay 100 minlərlə manat dövlət vəsaitləri mənimsənilir, sonra bu “əməliyyatlar”ın izi sənədlərin məhv edilməsi yolu ilə itirilir. 2007-2011-ci illər ərzində Respublika Hərbi Komissarlığı, Bakı, Şəmkir, Bərdə, Beyləqan və Naxçıvan ordu birləşmələri və onlara tabe olan hissələr, Bakı Ali Hərbi Məktəbi, Təlim Tədris Mərkəzi, Mənzil İstismar İdarəsi, Mərkəzi Hərbi Kliniki Hospital və digər bir çox hərbi qurumların maliyyə təsərrüfatlarında ciddi maliyyə pozuntuları və oğurluq faktları ifrat həddə çatıb. Hələ orduya verilən ərzaq, əşya, yanacaq və digər maddi-texniki təchizat vəsaitlərinin alınması üçün keçirilən tenderlər haqqında danışmırıq. Səfər Əbiyev hansı əsasla Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kv.metr sahəsi olan yaşayış evini və 1 hektardan çox torpaq sahəsini özəlləşdirib? Bəs gələcək müdafiə nazirləri harada yaşayacaqlar".
Zabitlər redaksiyamıza S.Əbiyevin Bakıda və əyalətlərdəki villalarının, mülklərinin siyahısını təqdim etmişdilər:
- Hərbi Akademiyanın qarşısındakı qoşa villa;- Həsən Əliyev küçəsindəki möhtəşəm villa;- Teymur Əliyev küçəsindəki çoxmərtəbəli qoşa villalar;- Şüşəli bazarın arxasındakı villa. Deyilənə görə icarəyə verib;- Həzi Aslanov qəsəbəsində hektarlarla torpaq sahəsi və villalar;- Xəzər rayonu, Şimal DRES ərazisində möhtəşəm villa;- Nabrandakı villa;- Qubadakı villası və 100 hektardan çox torpaq sahəsi...Maraqlıdır, Əbiyevə bu talançılığına görə vəzifədən getdikdən sonra da heç bir cəza düşmür?Biz bütün bu gerçəklikləri yenidən dərc etməklə, onları yeni müdafiə nazirinin diqqətinə təqdim edirik. Əbiyev klanını, onun şəbəkəsini Müdafiə nazirliyindən təmizləməyincə, xalq üçün çox mühüm olan bu təsisatı normal hala gətirmək mümkün olmayacaq.
Tofiq ƏHMƏDLİ/musavat.com
4344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40