Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Liviyada qiyamçı general böhran hökumətinin yaradılmasına çağırıb

Qiyamçı general Xəlif Xaftar Liviyanın Alı Məhkəmə Şurasını iyunun 25-ə təyin olunmuş ümumi seçkiləri keçirmək və ölkəni idarə etmək üçün böhran hökumətini formalaşdırmağa çağırıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Xaftar öz bəyanatında deyib ki, hazırkı hökumət və parlament ekstremistlərlə mübarizədə aciz qaldıqlarına görə legitimliklərini itiriblər.

Bir müddət əvvəl Liviyanın mədəniyyət naziri, ordu və hüquq-mühafizə orqanlarının bir sıra bölmələri, mülayim islamçı qruplaşmaları da general Xəlif Xaftarı dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Xaftara sadiq qüvvələr ötən həftə Benqazidə islamçıların mövqelərinə, paytaxt Tripolidə isə parlamentin binasına hücum edib./apa/
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16,