Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Bu həftə 4 icra başçısı «vurulur»

Goranboy, Masallı, Füzuli və Zərdabın rəhbərlərinə artıq işdən çıxarılacaqları xəbərdarlığı edilib

Bu həftə içində ən çox şikayət edilən və işdə yol verdikləri ciddi nöqsanlar səbəbsindən 4 icra başçısının işdən çıxarılacağı gözlənilir. Bu barədə verilən məlumatda deyilir ki, Əliyevin Çin səfərindən geri dönməsindən sonraya təsadüf edəcək proseslə bağlı tərəflər də artıq xəbərdar edilib.

Mənbənin iddiasına görə, həmin icra başçılarından biri Goranboyun rəhbəri Nizaməddin Quliyevdir. Digəri isə Masallının icra başçısı Rafil Hüseynovdur ki, onun adı son həftələr daha ciddi problemlərə qarışıb. Növbəti icra başçısı Füzulinin rəhbəri Alı Alıyev hesab olunur. Hətta onun bu yaxınlarda Bakıya gələrək, deputat Bahar Muradova ilə görüşərək, ondan yardım istədiyi deyilir. Sonuncu sərəncam gözləyən icra başçısı isə Zərdabın rəhbəri Lütfəli Babayevdir./politika/
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13