Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

İki terrorçu təşkilat Əliyev rejimini hədələdi

«Meşə Qardaşları» və «Ceyşullah» hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər 

Dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar. «Meşə Qardaşları» təşkilatın adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq.

«Meşə Qardaşları» adından yayılmış həmin bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib. 

Bir digər məlumat isə «Ceyşullah» («Allahın Ordusu») adlı təşkilatın adından yayımlanıb. Məlumatı yayan şəxslər bildiriblər ki, sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcəklər. 

Qeyd edək ki, sözügedən hər iki təşkilat terrorçu faliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən vəhhabilərin nəzarətində olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşüblər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var. /politika/
İki terrorçu təşkilat Azərbaycanı hədələdi
1825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP