Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Hakimiyyətdə Əliyev uğrunda savaş

Naxçıvan qruplaşması və Paşayevlər ölkə başçısına təsir imkanlarını artırmaq üçün amansız mübarizəyə başlayıblar

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin fövqəladə hallar nazirinin müavini təyin edilməsinin arxasında Naxçıvan qruplaşmasının bir araya gəlməsi dayanır. Bu barədə redaksiyamıza iqtidardakı mənbə məlumat verib.

“Heydər Əliyevin ölümündən sonra Naxçıvan və Qərbi Azərbaycanlıların ayrı-ayrı qruplara ayrılması, daha sonra Naxçıvan qruplaşmasının özünün də Ramiz Mehdiyev və Kəmaləddin Heydərovun rəhbərliyi ilə iki qola bölünməsi baş verdi və bu qruplar arasında şiddətli mübarizə başladı. 2005-ci ildə Əli Insanov və Akif Muradverdiyevin həbsi, ölkə başçısının əmisi Cəlal Əliyevin təcrid olunması ilə Qərbi Azərbaycan qruplaşması sıradan çıxarıldı. Bundan sonra Ramiz Mehdiyev və Kəmaləddin Heydərov arasında ikincilik uğrunda mübarizə şidətləndi. Bu isə Heydər Əliyevin vaxtında kölgəyə çəkilən Paşayevlərin önə çıxmasını şərtləndirdi. Iş o yerə çatdı ki, Paşayevlər hakimiyyətdə əsas söz sahiblərindən birinə çevrildilər. Hətta bir çox hallarda həm Ramiz Mehdiyevə, həm də Kəmaləddin Heydərova ciddi zərbələr vura bildilər. Bu isə nəhayətdə Naxçıvan qruplaşmasını bir araya gəlməsini zərurətə çevirdi”, - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun birləşməsi Paşayevləri sıradan çıxarmaq, Ilham Əliyevə təsir imkanlarını artırmaq və beləliklə ölkəni tək qruplaşma olaraq yönətmək məqsədi daşıyır. Məlumatda bildirilir ki, hakimiyyətdəki nurçu savaşı da əslində Naxçıvan qruplaşması ilə Paşayevlər arasındakı qarşıdurmanın təzahürü idi. “Diqqət edin, nurçularla əlaqədə ittiham edilən məmurların əksəriyyəti Paşayevlərə yaxın şəxslər idi. Onlar haqqında kompromat materiallar isə daha çox Kəmaləddin Heydərova yaxın mediada tirajlanırdı”, - deyə mənbə vurğulayıb./azadlıq/
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber