Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Pele də Braziliyadakı futbol inqilabına qoşuldu

Futbol kralı Pele bu il Braziliyada keçiriləcək dünya çempionatının təşkilatçılarını tənqid edərək onları korrupsiyada ittiham edib.
73 yaşlı üçqat dünya çempionu deyib ki, futbol arenalarının tikintisinə xərclənən pulları təhsil və səhiyyəyə də yönəltmək olardı.
“Məsələyə bir siyasətçi kimi baxanda görürsən ki, stadionların tikilməsinə nəhəng, bəzən lazım olduğundan da artıq pullar sərf olunur” – deyən Pele bildirib ki, Braziliyadakı kütləvi etirazlarla həmrəydir.

Lakin Pele hesab edir ki, küçələrə çıxıb yanğınlar törətmək də çıxış yolu deyil. Onun fikrincə, belə zorakı etirazlar dünya çempionatına gəlmək istəyən futbol turistlərini qaçırır.
Qeyd edək ki, Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı iyunun 12-də Braziliya-Xorvatiya oyunu ilə başlayır. Lakin San-Pauluda, açılış matçının keçiriləcəyi stadionun vaxtında istifadəyə veriləcəyi sual altındadır.
Pele deyir ki, çempionat üçün tikilən stadionların çoxu hələ də hazır deyil. O, bunun səbəbini korrupsiyada görür.
"Bu vəziyyət məni narahat edir. Arenaların tikintisi üçün kifayət qədər vaxt var idi. Bu, bir biabırçılıqdır" - deyə Pele bildirib.

Bu ilin əvvəlindən başlayaraq Braziliyada gerçək bir "futbol qiyamı" başlayıb. Ölkədə dünya çempionatının keçirilməsinə qarşı sosial tələblərlə etirazlar başlayıb. Əsasən müəllimlər, fəhlələr və həkimlər mundiala xeyli xərc çəkilməsinə etiraz edərək həmin vəsaitin əhalinin sosial müdafiəsinə yönəldilməsinin vacibliyini bildirirlər. Etiraz aksiyaları Braziliyanın bütün iri şəhərlərində keçirilir. Hökumət isə onların qarşısını almaqda və səslənən tələbləri yerinə yetirməkdə hələ də acizdir./ans/
1285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı