Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Mədənçinin sözü imtahan sualı oldu

“Çəkmələrimi çıxarımmı, xərəyi kirlətməsin” imtahan sualı olub

Manisanın Soma rayonunda meydana gələn və 301 işçinin ölümü ilə nəticələnən mədən qəzası Türkiyəni dərindən sarsıdıb.

Qəzadan sonra çəkilən bəzi görüntülər və mədənçilərin sözləri insanlara çox təsirləndirmişdi. Onlardan biri də, mədəndən sağ qurtarılan işçinin təcili yardım maşınında xərəyə uzandırılarkən çəkməsini çıxarmaq istəyi olmuşdu.

Türkiyənin Maltəpə Universiteti Hüquq fakültəsində müəllimlərdən biri də həmin mədənçinin “Çəkmələrimi çıxarımmı, xərəyi kirlətməsin” sözünü imtahan sualı olaraq tələbələrə təqdim edib.

Qeyd edək ki, mayın 13-də Soma kömür mədənində baş verən partlayış zamanı 301 nəfər ölmüş, 485 nəfər isə xilas edilmişdi.


1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu