Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Seçki məntəqəsinə hücum: sənədlər qarət olundu

Etirazçılar Donetsk şəhərində 44 saylı seçki məntəqəsinə basqın edərək seçki sənədlərini ələ keçiriblər

Ukraynanın şərq vilayətləri Donetsk və Luqanskda seçki məntəqələrinə qarşı hücumlar səngimək bilmir. Separatçılar Donetsk şəhərində 44 saylı seçki məntəqəsinə basqın edərək seçki sənədlərini ələ keçiriblər. Bu barədə seçki məntəqəsinin sədr müavini İrina Kondratenko açıqlama verib.

"Bizə qarşı hədələr özlərini Donetsk Xalq Respublikası adlandıran qrupun nümayəndələri tərəfindən gəlir. Onlar silahla bizə hücum ediblər. İndi oğurlanan sənədləri yenidən bərpa etməyə çalışırıq. Düzdür, biz qorxuruq. Lakin mərkəzi seçki komissiyası bizi və seçiciləri təhlükəsizlik xidməti ilə təmin edəcəyini bildirib".
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP