Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

“Axmaq prokuror, sən kimsən ki?”

Türkiyədə anamüxalifət lideri məhkəməyə verildi

Türkiyənin anamüxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu barəsində məhkəmə iddiası qaldırılıb. İddianı qaldıran prokuror Mehmet Demir Kılıçdaroğlunun təhqirlərinə məruz qaldığını iddia edib.

Mehmet Demir bir müddət əvvəl CHP sədrini səhvən ifadə vermək üçün prokurorluğa dəvət etmişdi. Kılıçdaroğlu isə partiyasının 6 may 2014-cü il tarixdəki qrup iclasında prokuror Demir barəsində bəzi ittihamlar səsləndirmişdi.

“Sənə diplomu kim verdi?.. Bilalın prokuroru... Axmaq prokuror... Sən kimsən ki..?”

Prokuror Mehmet Demir CHP-nin baş katibi Gürsel Tekin və partiya sədrinin müavini Haluk Koçun da müxtəlif iclaslarda və tədbirlərdə onu təhqir etdiyini bildirərək onlar barəsində də iddia qaldırılması üçün məhkəməyə müraciət edib./ans/
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat