Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Erməni deputat AŞ PA-da Sarkisyanı qumarbazlıqda ittiham etdi

Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edərkən bir erməni deputat Sarkisyanı qumar oynamaqda ittiham edib. Serj Sarkiysanın çıxışı, Ermənistanın Rusiya layihəsi olan Gömrük İttifaqına üzv olmasından təxminən bir ay sonraya təsadüf edir.

ANS PRESS "BBC"yə istinadən bildirir ki, Ermənistan parlamentinin nümayəndəsi, AŞPA üzvü xanım Postanjyan onu Ermənistan xalqının səslərini oğurlayaraq prezident seçilməkdə ittiham edib.

"Ona görə də siz erməni xalqının iradəsini və hakimiyyətini təmsil edə bilməzsiniz", o deyib.

O həmçinin Sarkisyanı qumar oynamaqda ittiham edib.

"Sən (kazinoda) 70 milyon avro uduzmusan. Uduzduğun pulları kim ödəyib?",- deyə sual edib.

Sarkisyan isə Postanjyana deyib ki, onu təmsil edən partiyanın namizədini seçkilərdə qalib gəlmək üçün kifayət qədər keyfiyyətləri olmayıb. O həmçinin Avropada heç bir kazinoya getmədiyini deyib. "Mən kazinolarda qumar oynamıram", o deyib.

"Təəssüf ki, mənim 70 milyon avrom yoxdu. Olsaydı, mən onun bir hissəsini sizə verərdim, siz də həyatınızda xoşbəxt olardınız və içinizdə belə pislik gəzdirməzdiz", Ermənistan prezidenti bildirib.
1037 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP