Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Sel bütün kəndi yıxdı, sadəcə minarə qaldı

Son günlər bəzi Balkan ölkələrində müşahidə olunan sel xüsusilə Bosniya Hersoqovina və Serbiyada dağıdıcı təsirə malik olub. Sel nəticəsində yaranmış torpaq sürüşməsi çox sayda insanın ölümünə səbəb olub. Bosniya Hersoqovinada milli matəm günü elan olunub.

Bosniyada selin təsirində qalan Çelebiçi kəndində də bir çox ev torpaq sürüşməsi nəticəsində uçub. Təbii fəlakət nəticəsində kəndin tarixi məscidi uçsa da minarəsi sağ-salamat qalıb.

Məscidin keçmiş din xadimi bu məbədin Fateh Sultan Mehmed dövründə tikildiyini deyib. İmam Bego Selimoviç serblər tərəfindən bir neçə dəfə uçurulan məscidin boşnaklar tərəfindən bərpa olunduğunu deyib.

“Bu məscid Fateh Sultan Mehmed dövründə bölgədə tikdirilən ən köhnə məbədlərdən biridir. Osmanlının çəkilməsindən sonra serblər I və II dünya müharibəsində bu məscidi uçurub. Amma hər dəfə kəndlərinə qayıdan boşnaqlar məscidi bərpa ediblər. 1992 – 95-ci illərdə davam edən müharibədə məscid yenidən serblər tərəfindən təməlinə qədər uçuruldu. Amma 2008-ci ildə məscidi bərpa etdik. Məscid bu dəfə də torpaq sürüşməsinin qurbanı oldu. Minarənin salamat qalması məni çox sevindirdi və bunun çox böyük mənası var. Bu bizim baş əyməyəcəyimizi göstərir...”./ans/


1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11