Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Kişmişin faydaları

Üzümün qurudulması ilə əldə edilən kişmiş çox dadlı olmaqla yanaşı, həm də çox faydalıdır. Onu bir çox hallarda yeyirik, amma bu yediyimizin bizə nə qədər xeyirli olduğunu bilirdinizmi? Tumsuz kişmişin faydalarından bəhs edən mütəxəssislər onun bu xəstəliklərə faydalı olduğunu qeyd edirlər: Tumsuz kişmiş çox əhəmiyyətli bir qida qaynağıdır. Tərkibindəki şəkər qlükoza və fruktozadan ibarətdir. Qlükozanın başda beyin olmaqla bütün bədənin inkişafında və fəaliyyətində ehtiyac duyduğu enerji qaynağıdır. Xüsusilə idman edən insanlar idmandan əvvəl kişmiş yeməklə orqanizmlərini enerji ilə təmin edə bilərlər. Kişmişdən hər gün istifadə etmək həzm sisteminin işini təmin edir. İnfarkt riskini azaldır. Bununla yanaşı, qaraciyər xəstəlikləri və qan azlığına da faydalıdır. Kişmişin bir başqa xüsusiyyəti isə tərkibində yüksək miqdarda 2 valentli dəmirin olmasıdır. Bu quruluşdakı dəmir əsasən qansızlıq problemini aradan qaldırmaqda faydalı olub, qan dəyərini yüksəldir. Eyni zamanda döş xəstəliklərinin müalicəsi üçün də faydalıdır. Tumsuz kişmişdən istifadə etmək bu problemləri aradan qaldırmaq üçün effektiv təbii yoldur.
1704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56