Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Putin Qərbin nüfuzunu yerlə-yeksan etdi

“Ukraynadakı vəziyyət aydın göstərdi ki, Qərb öz maraqları naminə şeytanla da əlbir olmağa hazırdır”.

Bu sözləri Serbiyanın vitse-prezidenti Emil Vlayki Rusiya KİV-ə müsahibə verərkən söyləyib.

O qeyd edib ki, Putinin nümunəsində Qərb sivilizasiyası ilk dəfə anladı ki, dünya adından danışmağa, müstəqil siyasət yürütməyə gücü çatmır.

Rusiya və Çinin, Hindistan və Braziliyanın inkişafı isə o deməkdir ki, daha birqütblü dünyanın son nəfəsidir, çoxqütblü dünya yaranır.
Serbiya vitse-prezidentinin qənaətinə görə, Qərb və ABŞ Rusiyanı düşmən əhvali-ruhiyyəli ölkələrlə əhatə edib təkləməyə, sanksiyalar tətbiq etməklə vəziyyətdən çıxmağa çalışırlar. Halbuki real sanksiyanı yalnız Rusiya tətbiq edə bilər. Çünki bütün ehtiyatlar da, bu ehtiyatları məhdudlaşdırmaq imkanı da məhz onun əlindədir.
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber