Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Bu rayonda 28 nəfər hələ də çadırda yaşayır

Bu il martın 17-sində Lerikdə əsən güclü qasırğadan ziyan çəkən rayon sakinlərinin ans-ə şikayətləri davam edir.

Ünvanlar fərqli olsa da məzmun birdir. Qasırğadan ziyan çəkən evlərimizə yiyə duran yoxdur. Əməkdaşımız belə bir şikayətin izi ilə bu gün Lerikin ucqar Birkandul kəndində olub. Şikayətçi şikayətində nə qədər haqlıdır, onu təqdim edəcəyimiz süjetdən biləcəksiniz.

Şikayətçi Şəmsi Rəsulova deyir ki, "Mənim evim sökülüb. Bu külfət mənim üstümdədir. Mən onları hara aparım. Evimin hamısı uçub, şəraitim yoxdur".

Yaşı 90-nı haqlamış bu ağbirçək qadın ömrünün ahıl çağlarında evsizlik problemi ilə üz-üzə qalıb. Şəmsi nənə deyir ki, "Özüm heç, oğlum, gəlinim, 4 nəvəm hər dəqiqəsi təhlükə saçan bu evdə necə yaşasın? Bizə verilən çadırda isə daldalanmaq olur, ailəvi yaşamaq yox".

Ağır maddi durumda olduqlarını deyən ev sahibinin oğlu isə əlaqədar qurumlardan ailənin yaşaması üçün evin tikilməsini xahiş etsə də hələki səsinə səs verən olmayıb.

Ev sahibi Fərrux Mirzəyev deyir ki, "3 aydır çadırdayıq, həddindən artıq çox çətin günlər keçirdirik. Bütün qurumlara müraciət etmişik, indiyəcən nəticəsiz qalıb. Hal-hazırda bizə qurulan bu palatkadır, başqa heç şey bizə qurmayıblar. Bu ev tamam dağılıb, burda yaşamaq qəti mümkün deyil".

Şikayətçinin haqlı olduğunu Lerik rayon FHK-nın sədri Habil Məlikov da təstiqlədi. Bildirdi ki, 2010-cu ildə Lerikdə baş verən qasırğa nəticəsində vətəndaşın yaşayış evinə ciddi ziyan dəyib. 2014-cü ilin mart ayının 16-17-də yenidən başlayan qasırğa isə yaşayış evini tam yararsız vəziyyətə salıb. FHN-nin müvafiq qurumları, rayon icra hakimiyyəti yaşayış evinə baxış keçirib və müvafiq sənədlər FHN-nə təqdim edilib.

Lerik rayon FHK-nın sədri Habil Məlikov bildirir ki, "Biz onu kənddə olan digər ictimai binalarda müvəqqəti olaraq köçməyini, məskunlaşmağını demişik. Təklif etmişik, amma o, hələlik orda yaşayır. Rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı üçün biz ona heç bir köməklik göstərə bilmirik. Ev tikintisi böyük vəsait tələb edir. Ümumikdə isə qəza vəziyyətində olan 70-ə yaxın ev var. 28 vətəndaş çadırda yaşayır".

İcra rəsmisi onu da bildirdi ki, FHN hazırda rayonda 28 qəzalı evin tikintisini plana salıb, amma çox təəəssüf ki, Şəmsi Rəsulovanın evi bu siyahıda deyil.
1147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı