Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

50-dən artıq silahlını öldürüb

Suriya ordusu Hələbin mərkəzi həbsxanası ətrafında 50-dən artıq silahlını öldürüb

Suriyanın hökumət ordusu Hələbin ən mühüm obyektlərindən hesab edilən mərkəzi həbsxananı mühasirədən çıxarmaq hədəfinə yaxınlaşır.

SalamNews-un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, ordu qüvvələri Hələbin şimal bölgələrinə gedən mühüm strateji yolu nəzarətə alıb və mərkəzi həbsxananın şərq ətrafında irəliləyib.

Məlumata əsasən, son iki gün ərzində burada gedən döyüşlərdə 50-dən artıq silahlı öldürülüb.

Qarşıdurmalar Dəra əyalətində də baş verib. İordaniya sərhədində yerləşən sözügedən əyalət tərəflər üçün mühüm strateji əhəmiyyət kəsb etdiyindən burada döyüşlər xüsusilə şiddətlidir. Hökumət qüvvələri əyaləti tez bir zaman ərzində nəzarətə almaq niyyətindədir.

Bildirək ki, Həsəkə, Dəməşqətrafı, ər-Riqqə və Dirəzzur əyalətlərində də qarşıdurmalar qeydə alınıb, lakin ən şiddətli döyüşlərə Dəranın Nuva şəhəri şahidlik edib.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber