Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

İranla AEBA razılığa gəlib

İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlığın davam etdirilməsi barədə 5 maddəlik razılaşma əldə olunub.

İRNA-nın verdiyi məlumata görə, tərəflər bununla bağlı mayın 21-də birgə yaydıqları bəyanatda bildiriblər. Sənəddə həmin praktiki addımların avqustun 25-dək həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib ki, beş praktik addımdan üçü mövcud cari məsələlər, ikisi isə keçmiş məsələlərlə bağlıdır.

Qeyd edək ki, mayın 20-də Tehranda İranla AEBA arasında növbəti texniki müzakirələr keçirilib. İran indiyədək AEBA ilə əldə etdiyi iki razılaşma ilə 13 praktiki addımı icra edib.
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 23:32