Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Ayətullah Xamenei 72 məhbusu əfv edib

Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei əfv fərmanı imzalayıb.

İRNA-nın verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, Ayətullah Sadiq Amoli Laricani 24 may Xürrəmşəhrin fəthi münasibətilə Ali Dini Lider Ayətullah Seyid Əli Xameneiyə məktubla müraciət edib.

Məktubda 72 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib.

Ayətullah Seyid Əli Xamenei təklifi qəbul edib.
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber