Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Qubanın keçmiş başçısı Nəqliyyat Nazirliyində işləyir?

Nəqliyyat naziri Ziya Məmmədov Qubanın keçmiş icra başçısı Rauf Həbibova rəhbəri olduğu nazirlikdə aylar öncə vəzifə verib, amma bu təyinat barədə mediaya heç bir açıqlama verilmir. Bu xəbəri “axar.az” saytı Nəqliyyat Nazirliyindəki mənbəyə istinadla yayıb. Xəbərdə mənbənin adı açıqlanmır. Bildirilir ki, Z.Məmmədovun bu təyinatı bir neçə aydır, gizli saxlanılır.
Məlumatı dəqiqləşdirmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov “azadliq.info”ya dedi ki, yayılan məlumat doğru deyil. “11 ildir burda işləyirəm. Tam əminliklə deyə bilərəm ki, nazirlikdə Rauf Həbibov ad-soyadda adam işləmir”.
1306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 17:11