Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Facebook fəalına 6 il yarım həbs istənildi

Mayıın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrliyi ilə 31 yaşlı fəal facebook istifadəçisi Əbdül Əbilovun növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror məhkəmədən Ə.Əbilovun CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddəsi ilə 6 il 6 ay azadlıqdan məhrum edilməsini xahiş edib.
Əbilov iş istənilərkən belə bir replika atıb: “Vicdanı olan o şəxsdir ki, öz mənliyini vəzifəsindən üstün tutsun”. Bloqqer onu da əlavə edib ki, istənilən bu cür hökm yaltaqlara verilən dəstəkdir.
Bundan sonra Əbdül Əbilov son söz və vəkil müdafiə çıxışı söyləmək üçün məhkəmədən vaxt istəyib.
Proses mayın 27-də davam edəcək
Əbdül Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur.
Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb./azadlıq/
1347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
14.12.17, 08:10
ABŞ təyyar