Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

5000-dən çox fələstinli məhbus aclıq aksiyasına başlayıb

İsrail həbsxanalarında olan 5000-dən çox fələstinli məhbus aclıq aksiyasına başlayıb
İsrail həbsxanalarında məhkumluq həyatı sürən 5 min 200 fələstinli məhbus bu gündən etibarən aclıq aksiyasına başlayırlar

İsrail həbsxanalarında məhkumluq həyatı sürən 5 min 200 fələstinli məhbus bu gündən etibarən aclıq aksiyasına başlayırlar. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, bu barədə Fələstinin qaçqınlar və əsirlər üzrə nazirliyi məlumat verib.

Məlumata əsasən, kütləvi şəkildə həyata keçirilən bu aksiya, 28 gün öncə eyni aksiyaya başlamış məhbuslarla həmrəylik məqsədi daşıyır.

Fələstin muxtariyyətinin qaçqınlar və əsirlər üzrə naziri İsa Qaraqinin sözlərinə görə, İsrail tərəfi öncəki aksiyaçılarından 20 nəfərini halsız olduqları üçün xəstəxanaya yerləşdirib. Mənbə həmçinin bildirib ki, İsrail tərəfi məhbusların müalicəsindən sonra onları karsa salır.

Bildirək ki, mənbələr İsrail həbsxanalarında olan fələstinli məhbusların hazırki sayının təqribən 6 min olduğu bildirilir. Statistikalara görə, İsrail rejimi 1967-ci ildən indiyə qədər 750 mindən artıq fələstinlini həbs edib.
1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11