Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Suriya ordusu Hələbin mərkəzi həbsxanasına daxil olub

Hələbin mərkəzi həbsaxansı 13 aydır ki, müxalifətin radikal qruplaşmalarının mühasirəsində idi

Suriya ordusu içində minlərlə məhbus və gözətçilərin olduğu Hələb mərkəzi həbsxanasına daxil ola bilib. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, Suriya ordusu Hələbin Hulan və Şeyx-Nəccar qəsəbələrində irəlilədikdən sonra bu gecə şəhərin ən mühüm obyektlərindən hesab edilən mərkəzi həbsxanaya girə biliblər.

Məlumata əsasən, hökümət ordusu ağır texnikalarla həbsxananın həyətinə girib və daxildə olan həbsxana müdafiəçilərinə, gözətçilərinə və əsgərlərə lazımi hərbi yardımları çatdırıb.

Müxalifət mənbələri isə həbsxanada olan müxalifət məhbuslarının və radikal islamçı ünsürlərin edam ediləcəyindən xofda olduqlarını bildiriblər.

Bildirək ki, Hələbin mərkəzi həbsaxansı 13 aydır ki, müxalifətin radikal qruplaşmalarının mühasirəsində idi. “ən-Nusra Cəbhəsi” içərisində 4 minə yaxın məhbusun olduğu həbsxananı almağa dəfələrlə cəhd edib, lakin onlar həbsxananı ələ keçirə bilməyiblər.

Hərbi ekspertlərin fikrincə hökümət, burada saxlanılan müxalifət silahlılarının mübadiləsi ilə çox mühüm naliyyətlər əldə edə biləcək.
1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP