Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Rusiya yeni qırıcıların sınağına başladı

Rusiya Hərbi Hava Qüvvələri yeni T-50 qırıcılarının sınağına başlayıb. Sınaq uçuşları Həştərxan vilayətində həyata keçirilir.

Bu barədə jurnalistlərə HHQ-nin general-leytenantı Viktor Bondarev məlumat verib.

Plana əsasən, orduya 5-ci nəsil qırıcılarının tədarükünə 2016-cı ildə başlanılacaq. Hələlik dünyada təkcə bir ölkə - ABŞ (F-22 və F-35) 5-ci nəsil qırıcılarına sahibdir.

“Uçuş heyəti öyrədilib və uçuşa bir təyyarədə başlayıb. İndi ora ikincisi gələcək və proqram üzrə sınaqlar keçirəcək”, - Bondarev bildirib.

Generalın sözlərinə görə, T-50 “Aviadarts-2014” beynəlxalq aviasiya müsabiqəsinin Ümumrusiya mərhələsində Voronejdə nümayiş etdiriləcək.


1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB