Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Mirvari Qəhrəmanlı əsəblərinə hakim ola bilmədi

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı kürəkəni Eldar Əzizov və nəvəsi Camal Əzizovun Gürcüstan sərhədindən geri qaytarılmasına sərt münasibət bildirdi

Məlumata görə, Mirvari Qəhrəmanlı deyib ki, onun kürəkəni ilə nəvəsi Zaqataladan dincəlmək üçün Borjomiyə getmək istəyirmişlər. Onları sərhədçilər geri qaytarıblar və bildiriblər ki, bu haqda yuxarıdan göstəriş var.

“Söhbət görəsən hansı göstərişdən gedir. Mənim ailəm varlı deyil ki, xaricə qaçsın?. Özü də qızım Mətanət Əzizova hazırda Avropa ölkələrindən birində treyninqdədir. Lazım olsaydı, onun özünü sərhəddən buraxmazdılar. Bilərəkdən onun hansı ölkədə olduğunu demirəm, yoxsa incidərlər. Həyat yoldaşı ilə oğlunun onun işi ilə bağlı hansı əlaqəsi var, başa düşülmür? Ailəmiz bu vətəni çox istəyir və heç yerə getmək fikrimiz yoxdur. Nəvəm yüksək balla ADU-ya daxil olub, məqsədi yaxşı diplomat olmaqdır, daha xaricə niyə qaçsın ki?”, - deyə Mətanət Əzizovanın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.

Xatırladaq ki, Mətanət Əzizova “Ayna-Zerkalo” qəzetlərinin həbsdə olan şərhçisi Rauf Mirqədirovun işi ilə bağlı mayın 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saata yaxın dindirilib. Ancaq ona daha çox Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun fəaliyyəti haqqında suallar veriblər. Qadın Krizis Mərkəzi bu institutla eyni ofisdə yerləşir. Mayın 6-da Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılıb.
1242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:25
Rusiya Avropada daha