Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Üzeyir Cəfərov da Rauf Mirqədirovla bağlı dindirildi

Tanınmış hərbçi jurnalist Uzeyir Cəfərov bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqləri tərəfindən dindirilib.
Bu barədə “ans press”ə Üzeyir Cəfərovun özü deyib. O, bildirib ki, dindirilmə 2 saat yarıma qədər davam edib. İstintaqçılar ondan 2001-ci ildə Azərbaycandan Ermənistana gedən bir qrup nümayəndə heyətinin səfərinin təfərrüatları ilə bağlı məqamlara aydınlıq gətirməsini istəyiblər. Ona həm də həbs edilmiş jurnalist Rauf Mirqədirovla bağlı suallar verilib.
“İstintaq sirri olduğundan, hansı suallara cavab verdiyimi aça bilmərəm. Ancaq mənə məlum oldu ki, ortada Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi barədə çox ciddi məqamlar var. Bəlkə də bütün versiyalar yoxlanılıb, sənədlər və faktlar təmkinlə tutuşdurulduqdan sonra bütün bunlar Rauf Mirqədirovun xeyrinə olacaq. Mən istərdim ki, tezliklə bütün həqiqətlər üzə çıxsın”, - deyə Üzeyir Cəfərov bildirib.
Cəfərov deyib ki, müstəntiqlər onunla nəzakətlə davranıblar və istintaq çox peşəkarlıqla aparılır.
Üzeyir Cəfərov: deyən jurnalist istintaqın çox peşəkar hüquq mühafizə orqanı əməkdaşları tərəfindən aparıldığını bildirdi.
1189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber