Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

İstanbulda 7 polis və 2 sakin yaralanıb

İstanbulda toqquşmalar zamanı əldəqayırma partlayıcı qurğu işə salınıb, 7 polis və 2 sakin yaralanıb

İstanbulun 3 rayonunda ötən axşam etirazçılarla polis arasında toqquşmalar baş verib.

Əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 7 polis əməkdaşı və 2 yerli sakin yaralanıb.

İğtişaşlar ötən gün axşam saatlarında İstanbulun Okmeydanı, Sultanqazi və Sancaqtepe rayonlarında baş verib. Aksiyalar istanbullu Uğur Kurtun ölümünə etiraz əlaməti olaraq keçirilib. Qeyd edək ki, U.Kurt ötən gün səhər saatlarında polislə qarşıdurma zamanı başından ağır xəsarət alıb və axşam saatlarında xəstəxanada keçinib.

Aksiya keçirilən ərazilərə xüsusi təyinatlı polis dəstələri cəlb olunub.

Etirazçılar küçələrdə zibil qutuları vasitəsi ilə barrikadalar quraraq, asayiş keşikçilərinə daş, fişəng və yandırıcı maye ilə doldurulmuş şüşə qabları atıblar.

“CNN Türk”ün məlumatına görə, etirazçılardan birinin aksiyaya gətirdiyi əldəqayırma partlayıcı qurğu polis əməkdaşlarının yanında işə salınıb. Yaralanan yerli sakinlərdən birini baş nahiyəsindən ağır xəsarət alıb.

Qeyd edək ki, Soma qəsəbəsində baş vermiş faciəli qəzadan sonra Türkiyənin bir çox şəhərlərində hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir
1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber